İranın Ali rəhbəri Əli Xamenei ölkədən getməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
“O, harasa getməyi planlaşdırır. Hazırda İran rejmini devirmək üçün olan coşqu inanılmazdır. Demişəm ki, əgər onlar etirazçılara atəş açsalar, biz çox güclü zərbə endirəcəyik. İndiyə qədər, əsasən, bunu etməyiblər”, – Tramp bildirib.
Xatırladaq ki, daha öncə xarici mediada yayılan iddialara görə, Əli Xamenei 20 nəfərə yaxın heyətlə Rusiyaya qaçmağı planlaşdırır.
Safura Bənnayeva
Globalinfo.az