İranın ali lideri Müctəba Xamenei bildirib ki, SEPAH-ın kəşfiyyat rəhbəri Məcid Hadəminin öldürülməsi ölkənin Silahlı Qüvvələrinin fəaliyyətinə təsir göstərməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
“Belə hücumlar ordunun ideyalarına təsir göstərə bilməz”, – M.Xamenei bildirib.
Qeyd edək ki, M.Xamenei uzun müddətdir açıqlama vermir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi vurğulayıb ki, müharibə şəraitində M.Xameneinin ictimaiyyət qarşısına çıxmaması qeyri-adi hal sayılmır.
Onun sözlərinə görə, “Xamenei tamamilə sağlamdır”.
Əliyar Xəlil
Globalinfo.az