WhatsApp Image 2026 03 10 at 00.36.02

ABŞ ilə danışıqların ikinci raundunun keçirilməsinə İranın Ali rəhbəri Müctəba Xamenei icazə verməyib”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran parlamentinin üzvü Meysəm Zohorian deyib.

Deputatın sözlərinə görə, İslamabadda keçirilən danışıqların birinci mərhələsinə dair hesabatı aldıqdan sonra Müctəba Xamenei ABŞ-ın “təkəbbürlü və üstün mövqe”dən hərəkət etdiyini söyləyərək, prosesin davamından imtina edib.

“Xamenei bu səbəbdən danışıqların ikinci mərhələsinə icazə vermədi”, – Zohorian vurğulayıb.

Xatırladaq ki, ABŞ-İran danışıqlarının birinci mərhələsi aprelin 11-də Pakistanın paytaxtında keçirilib.

Paylaş: