“Xalqın Mədəni Sərvəti” layihəsi dahi Bülbülə həsr olunacaq

Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bülbülün Memorial Muzeyi və Bülbül Vokal Məktəbinin birgə təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsi 3-5 noyabr tarixlərində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün əziz xatirəsinə həsr olunacaq.

Globalinfo.az xəbər verir ki, layihə çərçivəsində dahi Bülbülün repertuarından ibarət konsert proqramları keçiriləcək.