Xalq Bank Türk Eximbankın sindikat kreditləşməsində iştirak etdi

13 may 2024-cü il tarixdə Xalq Bank Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 728 mln ABŞ dolları məbləğində sindikat kreditləşməsi layihəsində iştirak edib. Kredit ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən ESG standartlarına uyğun istifadə olunacaq.

Globalinfo.az bildirir ki, layihədə müxtəlif ölkələrdən 34 maliyyə qurumu yer alıb. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Türk Eximbank 1987-ci ildən fəaliyyət göstərir və ölkənin dayanıqlı ixrac strategiyasını aktiv dəstəkləyən dövlət bankıdır. 2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.