banco.az XB

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il təşkil olunan “Bankçılıq Mükafatları” çərçivəsində qaliblər müəyyən edilib.

Globalinfo.az bildirir ki, Xalq Bankın 2025-ci il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyəti ABA tərəfindən 5 nominasiyada mükafatla qiymətləndirilib:

“Maliyyə savadlılığı dəstəkçisi”;

“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”;

“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”;

“Təhsil dəstəkçisi”;

“Korporativ Sosial Məsuliyyət”.

Ötən il Xalq Bank 2024-2026-cı illər üzrə Strategiyasının icrasını davam etdirərək qeyd edilmiş istiqamətlərdə təqdim etdiyi layihələr və təşəbbüslərlə yadda qalıb.

Paylaş: