“Səhhətim yaxşı deyil. Evdə müalicəm davam edir”.
Globalinfo.az bildirir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
Yaxın günlərdə insult keçirən Xalq artisti bildirib ki, qolunun hərəkəti hələ də bərpa edilməyib: “Müalicə üçün sanatoriyaya getmişdim. Qolumun masajları da davam edir”.
Qeyd edək ki, Fatma Mahmudova insult keçirərək ağır vəziyyətdə İstanbul NS Klinikasına yerləşdirilmişdi. Onun 70 yaşı var.