Xalq artisti, sevilən xanəndə Hacıbaba Hüseynovun məzarı baxımsız vəziyyətdədir.
Globalinfo.az xəbər verir ki, bu barədə sənətkarın nəvəsi Fatimə Hüseyn Moderator.az-a danışıb.
O bildirib ki, babasının məzarı dağılmaq üzrədir.
“Məzarın özündən də başqa üzərində gəzdiyimiz daşlar tərpənir, az qalır yerindən çıxsın. Sinə daşı çatlayıb, şəkili, adı və soyadı artıq silinmək üzrədir. Düzdür, bir dəfə müraciət etdim, yazını yenilədilər. Bu təxminən bir neçə il öncə olmuşdu. 1-ci Fəxri Xiyabandır, dövlət adamları orada dəfn olunub. Məncə ora bu vəziyyətdə olmalı deyil. Dövlət əlindən gələni edir. Bir neçə yerə müraciət edəcəm. Deyirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin. Hacıbaba Hüsyenov balaca sənətkar olmayıb, onun məzarı elə olmalı deyildi. Demirik ki, orada iki mərtəbəli büst qoysunlar. Ən azından məzarı təzələsinlər” deyə sənətkarın nəvəsi bildirib.