Xalq artistinin adından pul istənildi

sahnaz

Naməlum şəxslər Xalq artisti Şahnaz Haşımovanın adından istifadə edərək ayrı-ayrı vətəndaşlardan pul istəyiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a xalq artisti özü məlumat verib.

“Mənim adımdan istifadə edərək vətəndaşlara zəng edib pul istəyirlər. Bu kimi zənglərə, müraciətlərə inanmayın. Polisə müraciət edəcəyəm. Mənim adımdan istifadə edib, pul almaq istəyən şəxs tapılıb məsuliyyətə cəlb olunmalıdır”- Xalq artisti bildirib.