Xalq artisti vəfat etdi, qızı bunları dedi

Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Ramiz Məlik vəfat edib.

Bu barədə Globalinfo.az-a Xalq artistinin qızı məlumat verib.

“Atam uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün səhər saatlarında vəfat etdi”.

Ramiz Məlikin qızı atasının harada dəfn olunacağı ilə bağlı məlumat verməyib:

“Hələ harada dəfn edəcəyimizi bilmirik. Yaxın saatlarda qərar veriləcək”.

Zaira Akifqızı
Globalinfo.az