Rəfiqə Axundova dəfn olundu – YENİLƏNİB

Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova dəfn edilib.

Globalinfo.az bildirir ki, o, İkinci Fəxri xiyabanında torpağa tapşırılıb.

***14:10

Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimi başa çatıb.

Globalinfo.az bildirir ki, onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabanına aparılır.

***13:35

Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimi keçirilir.

Globalinfo.az xəbər verir ki, mərhum ilə vida mərasimində ailə üzvləri, yaxınları, Mədəniyyət nazirliyinin üzvləri iştirak edirlər.

Xatırladaq ki, Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

***10:17

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə Globalinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.

***09:59

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.

Bu barədə Globalinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, R.Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Ayişə və Gözəllər gözəli, Fanni (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Q.Qarayev), Gülşən (“Gülşən”, S.Hacıbəyov), Gülyanaq (“Qız qalası”, Ə.Bədəlbəyli), Şirin (“Məhəbbət əfsanəsi”, A.Məlikov), Zarema (“Baxçasaray fontanı”, B.Asafyev), Jizel (“Jizel”, A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında “Xəzər balladası” (1968, T.Bakıxanov), “Qobustan kölgələri” (1969, F.Qarayev), “Yallı” və “Azərbaycan süitası” (1969, R.Hacıyev), “İldırımlı yollarla” və “Yeddi gözəl” (1975, 1978, Q.Qarayev), “Babək” (1986, A.Əlizadə), “Şelkunçik” (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında “İldırımlı yollarla” (1976) baletlərinin quruluşunu verib.

O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.