Xalq artisti həbsə düşən qardaşına kömək etmədi

Rusiyanın xalq artisti Anita Tsoy narkotikə görə həbsdə olan qardaşına kömək etməkdən imtina edib.

Globalinfo.az Olay-a istinadən xəbər verir ki, Tsoy atasının başqa qadından olan oğlunu ilk dəfə telekanallardan birində görüb.

İfaçı bir gün həmin qadının ona zəng edərək kömək istədiyini açıqlayıb: “İddialara görə, narkotik qardaşımın yox , sevgilisinin olub. Amma məhkəmə artıq baş tutduğundan və qərar qəbul olunduğundan heç nə edə bilmədim. Bundan əlavə, mən məşhur bir insanam və adımın narkotiklərlə belə formada çəkilməsi mənə mənfi təsir edə bilərdi. O və anası həmin efirdə mənim haqqımda pis heç nə demədilər, baxmayaraq ki, onlara kömək etmədiyimi vurğuladılar. Bu gün məni tez-tez onun həyatında iştirak etmədiyimə, işə düzəlmədiyimə, görə qınayırlar. Onu bir neçə dəfə görmüşəm və özümə yad biri hesab edirəm”.