“Dövlət mənə ev verib, amma hələ evə köçə bilməmişəm”.
Globalinfo.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Yasin Qarayev deyib.
Onun sözlərinə görə, problem dövlətin ona verdiyi evə qeydiyyata düşə bilməməsidir:
“Evə nə boyda xərc qoyulub, hələ bundan sonra da müəyyən işlər görülməlidir. Bu da xərc tələb edir. Binaya köçənlər var, yaşayırlar. Amma mən köçə bilmirəm. Buradan qeydiyyatan çıxıb, həmin evə düşməliyəm. Amma bina təhvil alınmadığından qeydiyyata düşə bilmirəm”.
Aktyor qeyd edib ki, məsələnin həlli üçün bəzi aidiyyatı qurumlara müraciətlər edilməlidir:
“Mənim də səhhətim ona imkan vermir. Əməliyyat olundum, səhhətimdə problemlər yaranmışdı. İndi canımla əlləşirəm, ona görə fikir də vermirəm. Nasaz olduğumdan evin məsələsinənin həllinə diqqət ayıra bilmirəm”.