Xalq artisti doğum gününü belə qeyd edəcək – Özü danışdı

Bu gün Azərbaycanın görkəmli aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Rasim Balayevin anadan olmasının 75-ci ildönümüdür.

Globalinfo.az Bu münasibətlə Rasim Balayevlə əlaqə saxlayıb.

Xalq artisti təbriklərə görə hər kəsə təşəkkür edib:

“Ad günümü dövlət səviyyəsində qeyd etməyəcəyəm. Düzdür, 75 illik yubileyimdir, amma ailəmlə evdə olacağıq. Yəqin ki, hər zaman olduğu kimi, bu dəfə də axşam saatlarında doğmalarım qonaq gələr, evdə qeyd edərik. Ümumiyyətlə, təmtəraqlı doğum günləri mənlik deyil”.

Globalinfo.az Xalq artisti Rasim Balayevi həm yubileyi, həm də “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edir!

Zaira Akifqızı
Globalinfo.az