Xaçmazda kişi meyiti tapılıb

Xaçmaz rayonunun Qımıl kəndində bağda kişi meyiti tapılıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, tapılan meyitin Xaçmaz şəhər sakini 33 yaşlı Mehman Mahmudova məxsus olduğu müəyyən edilib.

Onun bir neçə gün öncə evdən çıxıb bir daha geri qayıtmadığı, axtarıldığı bildirilib.

Onun hansı səbəbdən ölməsi ilə bağlı araşdırma aparılır.