Xaçmazda “KamAZ” 74 yaşlı velosipedçini vurub

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb.

Globalinfo.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib.

Belə ki, “KamAZ” markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.