Xaçmaz rayonunda ev yanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, Çaxçaxlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə və əşyaları yanıb.
“Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.