Xaçmazda daha 3 nəfər batmaqdan xilas edildi, 1 nəfər boğuldu

Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Nabran kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü İsmayılov Emin Tofiq oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.

E.İsmayılovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmazda dənizdə batma təhlükəsi ilə üzləşənlər xilas olunub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Xaçmaz” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.