Xaçınçay çayına sel gəlib, avtomobil batıb.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, son günlər yağan aramsız yağışlar nəticəsində Xaçınçay çayına sel gətirib. Çaydan keçmək istəyən “Hyundai” markalı avtomobil çayda batıb.
Hadisə yerinə köməyə çağırılan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri çayda batıb qalan “Hyundai” markalı avtomobili çıxararaq sahibinə təhvil verib.
