Xaçaturyanın qızı: “Atam bunun üçün Laçın postuna getdi”

Beynəlxalq axtarışda olan və Laçın postundan keçmək istəyərkən saxlanılan Meşəli soyqrımının qatillərindən Vaqif Xaçaturyanın qızı İrəvanda BQXK-nın ofisinin qarşısındakı aksiyaya qoşulub.

Globalinfo.az xəbər verir ki, o, atasının ürək əməliyyatı olunmaq üçün Ermənistana keçmək istədiyini deyib.

Vera Xaçaturyan bütün qohumlarının Qarabağda olduğunu bildirib.
O, 44 günlük müharibəyə kimi Qubadlıda yaşadığını, daha sonra isə Cermuka (Dərələyəz mahalı, İstisu) köçdüyünü deyib. Vera atasını bütün erməni xalqının obrazı adlandıraraq onun azad edilməsi üçün insanları etiraza səsləyib.

Qeyd edək ki, Xocalı rayonunun Meşəli kəndindəki soyqrımının cinayətkarlarından olan Vaqif Xaçaturyan iyulun 29-da Laçın postunu keçmək istəyərkən saxlanılıb.

«Պա՛պ, մեր ուժ, դու մենակ չես, աղջիկներդ, համայն հայությունն է քեզ հետ»․ Ադրբեջանի կողմից առևանգված Վագիֆ Խաչատրյանի դստեր գրառումը

Ayşən Mustafa
Globalinfo.az