Xaçaturyan Bakıdan qızına zəng etdi: “Məndən soruşdu ki…”

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan Bakıda keçirilən məhkəmədən bir gün öncə ailəsi ilə əlaqə saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun qızı Tsovinar Xaçaturyan məlumat yayıb.

“Məhkəmədən bir gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə atamla əlaqə saxladıq. O, narahat idi, bizdən indi harada olduğumu soruşdu və məhkəməsinin keçiriləcəyini dedi. Məhkəmədən sonra danışmamışıq”, – qızı bildirib.

Qeyd edək ki, Vaqif Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 17-də keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az