Bakıda həbsdə saxlanılan erməni ailəsinə hansı mesajı yolladı? – YENİLƏNİB

18:00

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) nümayəndələri iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryana baş çəkiblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan məlumat yayıb.

V.Xaqçatryan atasının onlara bir sətrlik məktub göndərdiyini bildirib. Göndərilən məktubda Vaqif xaçaturyanın yaxşı olduğunu, ailəsini düşündüyünü dediyi bildirilir:

“Sizin haqqınızda düşünürəm. Qayıdacağam”.

Vera Xaçatryan bu gün növbəti dəfə atasının qaytarılması üçün BMT-nin Ermənistandakı nümayəndəliyinə müraciət etdiyini bildirib.

Xatırladaq ki, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılmışdır.

Əliyar Xəlil
Globalinfo.az