Xaçaturyan Azərbaycanla sülh sənədini belə adlandırdı

Türkiyə-Azərbaycan tandemi maksimum tələb, maksimum təzyiq üzərində qurulub.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Blokundan deputat Artur Xaçaturyan deyib.

“Bu proses Vaşinqtonda davam edir. Hazırda ABŞ-da Ermənistan və Azərbaycan arasında münasibətlərin hərtərəfli psevdo-nizamlanmasına cəhd edilir. Danışıqlarda inkişafın olması ilə bağlı informasiyalar var. Bir sözlə, hökumət paket həll təklif edir, hansı ki, “paket kapitulyasiya” hesab olunur. Bizim ciddi qorxularımız var ki, hökumət paket kapitulyasiya sənədini imzalayacaq”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az