Ermənistan prezidenti Vaaqn Xaçatryan ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvana rəsmi səfəri çərçivəsində onunla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Xaçatryan vitse-prezidentin səfərini müsbət qiymətləndirərək, bunun Ermənistan və ABŞ arasında münasibətlərin yüksək səviyyəsini göstərdiyini deyib.
O, regionda sülhün təmin edilməsinin vacibliyini vurğulayıb və bu kontekstdə ABŞ prezidenti Donald Trampın rolunu qeyd edib.
Tərəflər həmçinin qeyd ediblər ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığı genişləndirir və ikitərəfli münasibətləri daha da möhkəmləndirir.
Əliyar Xəlil
Globalinfo.az