Ermənistan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daimi sədri vəzifəsindən geri çağırıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan sərəncam imzalayıb.
Xaçatryanın digər sərəncamı ilə Biyaqov Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında daimi nümayəndəsi təyin edilib.