foto

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər gələcəyinə dair ortaq platformaya çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev forumun bağlanış mərasimində deyib.

O bildirib ki, WUF13-ün uğurlu təşkilində BMT Baş katibinin müavini Amina Mohammedin iştirakı, həmçinin UN-Habitat-nın icraçı direktoru Annaklaudia Rossbaxın liderliyi və tərəfdaşlığı mühüm rol oynayıb:

“Bu möhkəm tərəfdaşlıq sayəsində WUF13 inklüzivliyi, dialoqu və dayanıqlı şəhər gələcəyinə dair ortaq öhdəliyimizi əks etdirən bir platformaya çevrildi.

Forumun yüksək səviyyədə təşkil olunması komandanın operativ fəaliyyəti və fədakar əməyinin nəticəsi olub”.

Ləman İmran
Globalinfo.az

Paylaş: