Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri Alice Muthoni Vahome rəhbərlik etdiyi nümayəndə heyəti “Urban Expo” sərgisindəki pavilyonlarla tanış olub.
Globalinfo.az xəbər verir ki, qonaqları WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müşayiət edib.
Nümayəndə heyəti Azərbaycan pavilyonuna maraq göstərib. Anar Quliyev pavilyonun konsepsiyası və burada nümayiş olunan ekspozisiyalar barədə məlumat verib.
Qeyd olunub ki, pavilyon Heydər Əliyev Mərkəzinin memarlıq üslubundan ilhamlanaraq hazırlanıb. Giriş hissəsində yerləşdirilən çinar ağacı isə inkişafın və Azərbaycanın rəmzi kimi təqdim edilir.
Ləman İmran
Globalinfo.az