Guls%C9%99n Rzayeva

“Artıq praktiki nümunələrdən də gördük ki, şəhərsalma ideyaları təkcə nəzəriyyədə qalmır, yerli icra səviyyəsində reallaşır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13-də çıxışı zamanı deyib.

O bildirib ki, şəhərlərin necə planlaşdırılması və formalaşdırılması mühüm məsələdir:

“Bu forumun yeni elementlərindən biri olan Biznes və İnnovasiya Mərkəzi xüsusi əhəmiyyət daşıyır. İlk dəfə olaraq UN-Habitat burada bizneslər, startaplar və innovatorlar üçün ayrıca platforma yaradıb ki, onlar birbaşa əməkdaşlıq qura bilsinlər. WUF yalnız siyasət müzakirələri deyil, həm də tərəfdaşlıq və əməkdaşlıq platformasıdır”.

G.Rzayevə qeyd edib ki, dünən forumda əlilliyi olan 335 nəfərin bütün məkanlara rahat çıxışı təmin olunub:

“Bu, şəhər planlamasında inklüzivliyin və əlçatanlığın real nümunəsidir. Belə göstəricilər şəhərin yalnız infrastruktur deyil, həm də insanların həyat keyfiyyətini müəyyən etdiyini göstərir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: