1 63


WUF13-ün Bakıda keçirilməsi Qafqaz regionunun qlobal şəhər gündəliyinin formalaşmasında mərkəzi mövqe tutması baxımından əlamətdar hadisədir”.

Bunu Globalinfo.az-a açıqlamasında geostrateji analitik və beynəlxalq məsələlər üzrə pakistanlı ekspert İmran Xalid deyib.

Ekspert bildirib ki, böyük beynəlxalq sammitlərdən sonra Azərbaycan qlobal Şimal və Cənub arasında mühüm diplomatik körpü kimi nüfuzunu sürətlə artırır:

7149a922 ce3c 44ba bb95 822c3f91cee6

İmran Xalid

“Bu öhdəlik Prezident İlham Əliyevin açılış nitqində aydın şəkildə əks olundu. O, Azərbaycanın zəngin memarlıq tarixinin qorunması ilə müasir inkişafı balanslaşdıran şəhərsalmanın ölkə üçün gündəlik prioritet olduğunu bildirdi. İlk sessiyada Avropa və Asiya arasında Bakının unikal mövqeyi qeyd edilərək strateji mövqeyə malik ölkələrin davamlı inkişafda liderlik potensialı vurğulandı. Dünyanın hər yerində şəhərlər iqlim dəyişikliyi və qeyri-qənaətbəxş infrastruktur kimi problemlərlə üzləşdiyini nəzərə alsaq, bu forum Yeni Şəhər Gündəliyinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Nəticədə, post-münaqişə dövründə şəhər yenidənqurması, yaşıl memarlıq və ədalətli mənzil maliyyələşdirilməsinin yüksək səviyyəli BMT ritorikasından regional siyasətə çevrilə biləcəyi praktik, nəticəyönümlü bir platforma təklif edir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: