pakis

Azərbaycan WUF13 Forumunu çox yüksək səviyyədə təşkil edib”.

Bunu Globalinfo.az-a açıqlamasında Pakistanın İslamabad şəhərində fəaliyyət göstərən Kapital İnkişaf İdarəsinin şəhərsalma üzrə mütəxəssisi Zəfər İqbal deyib.

“Pakistan və Azərbaycan qardaş ölkələrdir. İnkişaf yolunda müxtəlif istiqamətlərdə əməkdaşlıq edirlər. Mən Azərbaycana uğurlar arzulayır, ölkənin rifahı üçün dua edirəm. Eyni zamanda, belə gözəl və uğurlu tədbirin təşkil olunması münasibətilə təşkilatçıları təbrik edirəm”.

Mütəxəssis qeyd edib ki, şəhərsalma və nəqliyyat sahələri bir-biri ilə sıx əlaqədə olan istiqamətlərdir:

“Bu gün dünyada ekoloji baxımdan dayanıqlı və davamlı şəhərlərin formalaşdırılması üçün mənzil əlçatanlığının təmin edilməsi mühüm məsələlərdən biri hesab olunur”.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında 182 ölkədən 40 mindən çox şəxs iştirak edir. İştirakçılar arasında xeyli sayda pakistanlı nümayəndə də var.

Ləman İmran
Globalinfo.az

Paylaş: