“Wikileaks”ə məlumat ötürən MKİ işçisinə ağır qəza

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı “Wikileaks”ə məlumat sızdırdığına görə 40 il azadlıqdan məhrum edilib.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, 35 yaşlı Coşua Şult ABŞ tarixində ən böyük məxfi məlumat oğurluğunu törədib.

2012-ci ildən 2016-cı ilə qədər bir qrup hakerin tərkibində olarkən MKİ-də işləyib və kəşfiyyat agentliyinin kibercasusluq üçün istifadə etdiyi zərərli proqramlar haqqında məlumat toplayıb və nəticədə onu “Wikileaks”ə ötürüb. 2017-ci ilin mart ayında sayt bu sənədləri “Vault 7” adı ilə dərc edib. Bunun sayəsində bütün dünyada hakerlər proqramlara giriş əldə ediblər. Məhkəmə sənədlərinə görə, Şult keçmiş həmkarlarına nifrət edərək hərəkət edib.

Məhkəmə onu casusluq, hakerlik, məhkəməyə hörmətsizlik, FTB-yə yalan ifadələr vermək və uşaq pornoqrafiyası saxlamaqda təqsirli bilib.