Vatsapın yeniliyi etirazla qarşılandı – Səbəb

Vatsapda təqdim edilən yeni funksiya etirazla qarşılanıb.

Globalinfo.az Metbuat.az-a istinadən xəbər verir ki, yeniliyin xüsusən də məxfilik sahəsində insanların şəxsi həyatına mane olduğu düşünülür. Yeni funksiyaya görə, qarşı tərəf hər hansı mesaj, o cümlədən mesaj və ya şəkil göndərdikdə onun profil şəkli Vatsapın bildiriş qutusunda görünəcək. Bildiriş qutusunda mesaj göndərən istifadəçinin Vatsap profil şəklinin görünməsi insanların kiminlə mesajlaşdığını ortaya çıxaracaq.

Bu funksiya gələnə qədər Vatsapın bildiriş qutusunda yalnız istifadəçinin adı qeyd olunurdu. Vatsap istifadəçiləri isə qarşı tərəfin kimliyini gizlətmək üçün onun adını dəyişirdi.