vhatsap

“WhatsApp”dakı şifrələmə istifadəçiləri aldatmaq üçün böyük bir yalandır”.

Globalinfo.az xəbər verir ki, bunu “Teleqram”ın qurucusu Pavel Durov deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Texas ştatı mesencer və Meta korporasiyasına qarşı məhkəmədə iddia qaldırıb.

Onlar istifadəçiləri uzun illər şəxsi məlumatların məxfiliyi ilə bağlı yanlış məlumatlandırmaqda ittiham olunurlar. Araşdırmaya səbəb isə vətəndaşların şəxsi yazışmalarına faktiki girişlə bağlı məlumatların gizlədilməsidir.

“WhatsApp əməkdaşlarının demək olar ki, bütün şəxsi mesajlara çıxışı var. İndi biz WhatsApp-ın qurucusunun istifadəçilərin məxfiliyini satdığını deyəndə nəyi nəzərdə tutduğunu anlayırıq”, – Durov vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: