Bu gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov mayın 1-də rəsmən vəzifəsindən azad edilib. O, Həmkarlar İttifaqı Konfederasiyasında eyni adlı vəzifəyə gətirilib.
Globalinfo.az xəbər verir ki, AHİK-in bundan əvvəlki müdiri Elvin Dəmirli isə qurumdakı vəzifəsindən öz istəyi ilə ayrılıb.
Xəbəri Globalinfo.az-a Elvin Dəmirli təsdiqləyib. Bildirib ki, başqa təklif alması ilə bağlı bu qərarı verib.
O, yaxın günlərdə yeni işi ilə bağlı məlumat verəcəyini deyib.