vuqar meslis

Milli Məclisdə “Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, müzakirələrdən sonra hesabat səsverməyə çıxarılıb bir oxunuşda qəbul edilib.

***12:03

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir.

Globalinfo.az xəbər verir ki, parlamentin yaz sessiyasının bugünkü plenar iclasında Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.

Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.

Paylaş: