1596795122 cc484cdf bc4e 34ff 928c a7af3643c90e

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar bazar günü yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirəcək.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Serbiyanın RTS milli televiziyası məlumat yayıb.

Telekanal qeyd edir ki, Serbiya liderinin bu qərarı Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin qurulmuş barrikadaları aradan qaldırmaq üçün mümkün əməliyyatı ilə bağlıdır.

Paylaş: