“Volt Azərbaycan”ın fəaliyyəti dayandırılıb? – Şirkətdən reaksiya

“Volt Azərbaycan”ın fəaliyyəti dayandırılmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkət özü rəsmi açıqlama verib.

Açıqlamada qeyd edilib ki, şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Hal-hazırda yayılan məlumatlar həqiqəti əks etdirmir. Fəaliyyətimizi dayandırmırıq və həmişəki rejimdə davam edirik”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edildiyini açıqlamışdı.

Turan Rzayev 

Globalinfo.az