Volodin: “Navalnının ölümündə ABŞ və Avropa İttifaqı günahkardır”

“Navalnının ölümündə ABŞ və Avropa İttifaqı günahkardır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O bildirib ki, Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır:

“Səbəbi məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək. Ancaq nəticə gözləmədən bu gün Navalnının ölümünün kimə sərf etdiyi ilə bağlı sualı cavablandırmaq lazımdır. Bu, Rusiyaya qarşı 19 mindən çox sanksiya tətbiq edənlərə, onun iqtisadiyyatını parça-parça etmək istəyənlərə, Ukraynadakı müharibədə uduzanlara, ölkəmizin qızıl-valyuta ehtiyatlarını ələ keçirmək həvəsində olanlara, Rusiyanı məhv etmək və onun inkişafını dayandırmaq üçün hər şey edənlərə lazımdır. NATO-nun Baş katibi və ABŞ rəhbərliyindən tutmuş Şoltz, Sunak və Zelenskiyə qədər hamı Navalnının ölümünün səbəbkarıdır. Məhz onlar Navalnının ölümündən faydalanmağa çalışırlar”.

Əliyar Xəlil
Globalinfo.az