Qeybə çəkilmiş Volkov təcili ortaya çıxdı və…

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların komandanı Andrey Volkov Xankəndidəki separatçı-terrorçu rejimin “hökumət binası”na gəlib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində “Sabahkı Qarabağ Partiyası”nın “rəhbər”i Tiqran Petrosyan paylaşıb.

Volkovun binada separatçılarla, o cümlədən Ruben Vardanyanla danışıqlar apardığı bildirilib.

Qeyd edək ki, bundan öncə separatçılar sülhməramlıların Xankəndi yaxınlığındakı binasının önünə yürüş edərək Volkovla görüş tələb etmişdilər.

Xatırladaq ki, general Andrey Volkov artıq 17 gündür, azərbaycanlı ekofəalların tələblərinə baxmayaraq, onların qarşısına çıxmır.

Malik
Globalinfo.az