Voleybolçumuzun vəziyyəti yenidən pisləşdi

Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib.

Globalinfo.az xəbər verir ki, bu haqda məlumatı klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb.

O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyata götürüldüyünü bildirib.

Z. Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib.

Qeyd edək ki, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.