Vladimir Kazimirov öldü

Diplomat Vladimir Kazimirov 94 yaşında ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı deputat Konstantin Zatulin bildirib.

Diplomat keçmiş Qarabağ münaqişəsinin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun ilk rusiyalı həmsədri olub.

Qeyd edilir ki, Kazimirov Latın Amerikasının bir sıra ölkələrində səfir kimi çalışıb, həmçinin Afrikanın cənub-qərbində konfliktlərin nizamlanmasında iştirak edib.