Vitse-prezidentdən Hataydakı zəlzələ ilə bağlı AÇIQLAMA

Türkiyənin vitse-prezidenti Fuat Oktay bu gün axşam saatlarında Hatayda baş verən zəlzələ barədə açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Hatay mərkəzli zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Vətəndaşlarımızdan zədəli binalardan uzaq durmalarını xahiş edirik”, – deyə o qeyd edib.

CNN-in məlumatına görə, zəlzələlərdən sonra bəzi binalarda dağıntıların olduğu, insanların dağıntılar altında qaldığı bildirilir. Həmçinin zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.

Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal gücündə zəlzələ baş verib. Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.