74775

Viləşçay su anbarında (qülləli suburaxıcı qurğu) təmir-bərpa işləri aparılacaq.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti müvafiq işlərə başlayıb.

Belə ki, su anbarının II növbəsinin tikintisi texniki-iqtisadi əsaslandırılması və layihə smeta sənədlərinin hazırlanması əsasında Viləşçay su anbarında (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasının 6,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Paylaş: