IMG 20250123 WA0103

Birləşmiş Krallıqda norovirusa yoluxma artıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Krallığın Milli Səhiyyə Sistemi məlumat yayıb.

Məlumatda bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz daha çox yoluxma qeydə alınıb.

Ötən həftə ərzində günlük yoluxma sayı 784-ə yüksəlib. Bu, 2020-ci ildən yanvar ayı üçün qeydə alınan ən yüksək göstəricidir.

Qeyd edilib ki, yoluxma sayının kəskin artması xəstəxanalarda sıxlığa səbəb olub.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: