Vilayət Eyvazovdan yeni təyinat

Nərimanov Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi, polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəisi müavini təyin olunub.