Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi – FOTOLAR

Daxili işlər naziri  Vilayət Eyvazov Sumqayıt şəhərində vətəndaş qəbulu və sıra baxışı keçirib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, qəbula gələn 208 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 262 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 47-si Vətən müharibəsi iştirakçısı olub.

Minə yaxın müharibə iştirakçısı və şəhid ailəsi üzvü polisə qəbul olunubMinə yaxın müharibə iştirakçısı və şəhid ailəsi üzvü polisə qəbul olunub

Globalinfo.az