Vilayət Eyvazov rəisi Gədəbəydən Yevlaxa göndərdi

Polis mayoru Namiq Musa oğlu İsmayılov Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax xətt Polis Şöbəsinə rəis təyin olunub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

O, bundan öncə Gədəbəy rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsində çalışıb.