Vilayət Eyvazov mayora yeni vəzifə verdi

Quba Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru Anar Xəlil oğlu Şirinov yüksək vəzifəyə təyinat alıb.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Anar Şirinov Qobustan Rayon Polis Şöbəsinin istintaq bölməsinə rəis təyin edilib.

Quba Rayon Polis Şöbəsindən fakt təsdiqlənib.