Vilayət Eyvazov Hacıqabulda sıra baxışı keçirdi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Globalinfo.az DİN-ə istinadən xəbər verir ki, nazir əvvəlcə Ümummilli lider Heydər Əliyevin Hacıqabul rayonundakı abidəsini ziyarət edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Şirvan, Salyan və Neftçala şəhər və rayonlarından qəbula gələn 87 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 32 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 109 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Vilayət Eyvazov Hacıqabulda vətəndaş qəbulu və sıra baxışı keçiribVilayət Eyvazov Hacıqabulda vətəndaş qəbulu və sıra baxışı keçiribVilayət Eyvazov Hacıqabulda vətəndaş qəbulu və sıra baxışı keçirib