Globalinfo.az xəbər verir ki, TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirildiyinə görə, bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mingəçevir rayonu ərazisindən çağırış daxil olub.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
*** 17:54
Mingəçevir Avtovağzalının icraçı direktoru Coşqun Rəhimovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Globalinfo.az-ın xəbərinə görə, Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, icraçı direktorun vəfat etdiyi yer Mingəçevir Avtovağzalının hotelidir. Həmin hoteldə bir otaq Coşqun Rəhimovun daimi istirahəti üçün ayrılıbmış.
Vəfat edən zaman onun istirahət otağında tək olduğu bildirilir.
İcraçı direktor ürək çatışmazlığından əziyyət çəkirmiş, vaxtaşırı ağrıları olurmuş. Ölümündən az öncə yenidən ağrıları başlayıb. Zəng edib köməyə kimisə çağırmaq istəyib, buna gücü çatmadıqda qapını açmağa cəhd göstərib.
Əlində telefon otaqdan çıxış qapısı önündə yerə yıxılaraq həyatını itirib.
***16:30
Mingəçevirdə yerləşən hotellərin birində ölüm hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini Coşqun Rəhimov Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qəfil vəfat edib.
Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.
Məlumata görə, Coşqunun atası Tofiq Rəhimov Mingəçevir Avtovağzalının direktorudur. Coşqun da orada çalışırmış və hadisə o, iş başında olarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
